2015-ci ilin 9 ayı ərzində Rusiyanın neft ixracı 13.1 milyon ton və ya 7.8% artaraq 180.9 milyon ton təşkil edib.
Sentyabrda Rusiyanın neft ixracatı 19,8 milyon ton həcmində formalaşıb. Bu haqda İTAR-TASS agentliyi xəbər yayaıb.
2015-ci ilin 9 ayı ərzində Rusiyada neft hasilatı 5.4 milyon ton artaraq 398.5 milyon ton təşkil edib.
Sentyabrda Rusiyada neft hasilatı 43.9 milyon ton olub.
Rusiyanın emal müəssisələri sentyabrda 22.3 milyon ton xammal emal ediblər. İlin əvvəlindən neft emalı 1.6% azalaraq 212 milyon ton təşkil edib.