2016-cı ildə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Bakı-Novorossiysk kəməri ilə neft nəqlinə dair sorğusu 1,4 mln. ton təşkil edir. Bu barədə “Transneft” SC-nin prezidentinin müşaviri İqor Demin Neft İnformasiyası Agentliyinə məlumat verib.
Onun sözlərinə görə, 2015-ci ilin yekunları üzrə bu marşrutla 1,44 mln. ton Azərbaycan nefti nəql ediləcək.
2014-cü ildə SOCAR Novorossiysk limanından 932,155 min ton neft nəql edib ki, bu da 2013-cü ilin göstəricisindən 46,8% azdır.