logo

ExxonMobil enerjiyə tələbatın uzaq perspektivdə 30% artacağı qənaətindədir

Views: 90

exxonmobil_sun

“ExxonMobil” şirkətinin prezidenti Reks Tillerson hazırda və 2040-ci il arasında enerjiyə təlabatın 30% artacağını proqnozlaşıdırır.

İyunda OPEK təşkilatının baş katibi Abdalla Əl-Badri bildirmişdi ki, 2040-cı ilə enerjiyə təlabat 50% artacaq. Bundan sonra məsələyə münasibət bildirən Reks Tillerson isə qeyd edib ki, şirkətin proqnozu OPEK-in təxminindən azdır – “ExxonMobil” təlabatın 35%-ə qədər artacağını gözləyir.

“Tələb artımı üçün bir neçə amill var. Üç əsas: bu əhalinin artımı –  iki milyard yeni istehlakçı,iqtisadiyyatın artımı və enerji səmərəliliyinin çoxalması. Baxmayaraq ki, enerji səmərəliliyi bizim strategiyanın mühüm tərkib hissəsidir, biz hesab edirik ki, enerjiyə təlabat istənilən halda artacaq və artım 2040-cı ilə kimi 30% təşkil edəcək”, – deyə Tillerson Londonda keçrilən “Oil & Money” konfransında bildirib.

O, həmçinin bildirib ki, tələbin artımına orta sinifə mənsub insanların sayının artması da səbəb ola bilər.

“Bu o deməkdir ki, onlar daha çox soyuducu, mikrodalğalı soba və avtomobil alacaqlar”, – deyə Tillerson izah edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart