logo

Baker Hughes 9 ayda $939 milyon zərər əldə edib

Views: 41

Baker_Hughes_4Baker Hughes 2015-ci ilin 9 ayı ərzində 2014-cü ilin eyni dövrünün 1.064 milyard dollar gəlirinə  qarşı 939 milyon dollar zərər əldə edib.

Gəlir 31% azalıb – 12,348 milyard dollara qədər. Hesabat dövründə bir səhmə düşən zərər 2,13 dollar təşkil edib.

Üçüncü rübündə xalis zərər bir il əvvəlki 369 milyon dollar mənfəətə  qarşı 156 milyon dollar təşkil edib. Rüblük gəlir 39,4% azalıb – 3,786 milyard dollara qədər.

Avropa, Afrika və Xəzər dənizinin Rusiya seqmentində üçüncü rübdə gəlirlər 9% azalaraq 791 milyon dollar olub. Gəlirlərin azalmasına səbəb Afrikada və kontinental Avropada aktivliyin azalmasıdır ki,bu da qazma qurğularının sayının azalmasında əksini tapıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart