2015-ci ilin yanvar-avqustunda Rusiyadan neft məhsulları ixracı 39% azalaraq 49.166 milyard dollar təşkil edib. Bu Federal Gömrük Xidmətinin məlumatında bildirilir.
Hesabat dövründə ixracın fiziki həcmi 6% artaraq 116.9 milyon ton olub.
2015-ci ilin yanvar-avqustunda uzaq xaricə neft məhsulları ixracı 46.48 milyard dollar məbləğində 111.7 milyon ton (8,7% artım), MDB ölkələrinə 2.685 milyard dollar məbləğində 5.42 milyon ton (azalma 26%) təşkil edib.