logo

Türkmənistan öz neftini Azərbaycan üzərindən daşımaqda maraqlıdır

Views: 41

BTC-superGələn il Rusiya Federasiyası vasitəsilə Türkmənistan neft hasilatçıları 700 min ton xam nefti dünya bazarlarına nəql etməkləri barədə sifariş veriblər.

Bu barədə “Transneft” SC-nin  prezidentinin müşaviri İqor Demin Neft İnformasiyası Agentliyinə məlumat verib.

Onun sözlərinə görə, 2015-ci ildə Türkmənistandan Rusiya vasitəsilə dünya bazarlarına göndərilən neft həcmləri 770 min ton cıvarında proqnoz edilir.

Caspian Barrel xatırladır ki, 2014-cü ildə Türkmənistan Rusiya vasitəsilə xarici bazarlara 1 milyon tona yaxın neft çıxartmışdı. Türkmənistan üçün öz neftinin prioritet ixrac marşrutu 2010-cu ildən Bakı-Tiflis-Ceyhan neft kəməridir. 2013-ci ildən stabil olaraq bu kəmərlə bazarlara 3,5 milyon tondan artıq xammal daşınır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart