logo

Türkiyə “Şahdəniz”dən alınan qaz həcmlərini artırıb

Views: 24

1486927İyul ayında Azərbaycandan Türkiyəyə 579 mln. kubmetr qaz ixrac olunub (gwnd’lik 18,7 milyon kub metr). “Report” xəbər verir ki, bu barədə Enerji Bazarını Tənzimləmə Qurumunun məlumatında bildirilib.

Məlumata görə, iyulda Türkiyə ən çox həcmdə (1,800 mlrd. kubmetr) qazı Rusiyadan idxal edib. Ümumilikdə isə hesabat ayında Türkiyə 3,325 mlrd. kubmetr qaz idxal edib.

Qeyd edək ki, 2001-ci ilin martında Azərbaycanla Türkiyə arasında imzalanan qaz alqı-satqısına dair sazişə əsasən “Şahdəniz” yatağının “Mərhələ-1” layihəsi çərçivəsində hasil olunan qaz bu ölkəyə ixrac edilir. Azərbaycandan Türkiyəyə qaz Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql edilir. Boru kəmərinin uzunluğu 680 km-dir.

3 iyul 2007-ci ildə “Mərhələ-1” layihəsi çərçivəsində Azərbaycan qazı Türkiyə bazarına daxil olub.

Hazırda Türkiyəyə Azərbaycan qazı “al və ya ödə” prinsipi ilə satılır.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart