logo

SOCAR və “Qazprom” Rusiya qazının Azərbaycana müvəqqəti svop tədarükünə başlayacaq

Views: 57

socar-gazpromSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və “Qazprom” Rusiya qazının Aazərbaycana tədarükü üzrə müvəqqəti svop əməliyyatlarının həyata keçirilməsini planlaşdırır. Bu barədə bu gün jurnalistlərə SOCAR-ın prezident Rövnəq Abdullayev məlumat verib.

“Bu, müqvəqqəti svop əməliyyatlar olacaq. “Qazprom”un rəhbrəliyi ilə buna dair razılıq artıq əldə edilib. Həmin razılıqlar çərçivəsində “Qazprom” Azərbaycana yeraltı qaz anbarlarına vurulacaq qaz nəql edəcək. Gələcəkdə SOCAR həmin qazdan Rusiyanın cənubunun qazla təchizatı üçün istifadə edəcək”, – deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, qaz tədarükünə 2015-ci ilin oktyabr ayından başlanacaq. İlkin mərhələdə Rusiyadan Azərbaycana sutkada 10 mln. kubmetr qaz nəql olunacaq.

“İlkin olaraq bu cür əməliyyatlar çərçivəsində Azərbaycana illik 2 mlrd. kubmetr qazın tədarükü planlaşdırılır”, – deyə R.Abdullayev əlavə edib.

O qeyd edib ki, SOCAR Şimali Qafqaza qaz tədarükünə 2016-cı ildə başlayacaq.

“Maksimal həcmdə qaz doldurmaqla biz qaz anbarlarımızın gücünü yoxlamaq istəyirik. Onların gücü ilkin olaraq 3,5 mlrd. kubmetrə, sonra isə 6 mlrd. kubmetrə qədər artırılsa da, son artımdan sonra yoxlanılmamışdı, beləliklə, biz onları sınaqdan keçirmək istəyirik”, – deyə o bildirib.

O, həmçinin məlumat verib ki, yaxın iki həftə ərzində “Qazprom” ASC ilə qazın svop tədarükünün həyata keçirilməsi haqqında müqavilə imzalanacaq.

“Hazırda mütəxəssislərimiz bu tədarükün texniki detalları üzərində çalışırlar. Bütövlükdə həmin layihənin reallaşması cari və gələn illər ərzində qaz anbarlarımızın gücünü yoxlamağa, onların tam doldurulmasını təmin etməyə və Şimali Qafqaza qaz tədarükünə başlamağa imkan verəcək”, – deyə R.Abdullayev qeyd edib.

Onun sözlərinə görə, yeraltı qaz anbarlarına qazın vurulmasının stabil yüksək səviyyədə təmin edilməsi həm də SOCAR-a “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan səmt qazının seçmə həcmlərini azaltmağa və AÇG blokundan neft hasilatının artırılması üçün onun laylara maksimum həcmdə vurulmasına imkan yaradacaq.

İnterfaks-Azərbaycan

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart