logo

SOCAR Ceyhan terminalından neft nəqlini 19% azaldıb

Views: 33

ceyhan-terminalSOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) 2015-ci ilin yanvar-avqust aylarında Ceyhan terminalından 11 mln. 272,041 min ton Azərbaycan nefti nəql edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 19% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat xidmətindən məlumat verilib.

Cari ilin avqust ayında SOCAR Ceyhan terminalından 871,787 min ton neft nəql edib.

Xəbər verildiyi kimi, 2014-cü ildə şirkət Ceyhan terminalından 20 mln. 483,248 min ton Azərbaycan nefti yola salıb.

BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.

Layihənin iştirakçıları BP (30,1%); SOCAR (25%); “Chevron” (8,9%); “Statoil” (8,71%); TPAO (6,53%); ENI (5%); “Itochu” (3,4%); “ConocoPhillips” (2,5%); INPEX (2,5%); “Total” (5%) və ONGC (2,36%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart