logo

Rusiya qazının Azərbaycana tədarükü sentyabrın 20-21-ə planlaşdırılıb

Views: 48

RUSSIA-UKRAINE-GAS-ENERGY-CUT-COMPANY-GAZPROMRusiyanın “Qazprom” şirkəti sentyabrın 20-21-də AzMeCo şirkətinin metanol zavodunun ehtiyacları üçün qaz tədarükünə başlayacaq. Bu barədə bazar ertəsi jurnalistlərə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev məlumat verib.

Tədarükün həcmi ildə 1-2 mlrd. kubmetr təşkil edəcək”, – deyə R.Abdullayev qeyd edib.

“Qazprom” və AzMeCo 2014-cü il sentyabrın 11-də təbii qazın tədarükü haqqında tərəfdaşlıq sazişi imzalayıblar. Saziş “Qazprom eksport” törəmə müəssisəsinin baş direktoru Yelena Burmistrova və AzMeCo şirkətinin Direktorlar Şurasının sədri Nizami Piriyev tərəfindən imzalanıb. Təbii qazın tədarükü Qaradağ metanol zavodunun qaza olan tələbatını 100% təmin edəcək.

Xatırladaq ki, “Qazprom”un rəhbəri Aleksey Miller iyun ayında bəyan etmişdi ki, Azərbaycan şirkətdən qaz tədarükünə başlamağı xahiş edib. “Azərbaycanın iqtisadiyyatı böyüyür, daxili tələbat artır. Söhbət ildə bir neçə milyard kubmetr qaz həcmində orta və uzunmmüddətli müqavilə əsasında tədarükün başlamasından gedir. Bu ilin sonuna qədər tədarük başlaya bilər”,- deyə o əlavə edib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart