Rusiya Dövlət Dumasının deputatı İvan Qraçev bildirib ki,Rumıniyanın Rusiya qazından imtinası Rusiya üçün əhəmiyyətli rol oynamayacaq.
Onun sözlərinə görə,Rumıniyanın istehlak etdiyi qazın həcmi Qazprom şirkətinin ixrac etdiyi qaz həcmindən xeyli azdır.
Əvvələr Rumıniyanın enerji tənzimlənməsi agentliyinin rəhbəri Nikolaya Havriliç bildirib ki,Rumıniya 2016-cı ildən Rusiya qazının idxalından imtina edəcək. “Əgər 2008-ci ildə Rumıniya Rusiyadan istehlak olunan qazın 25% idxal edirdisə,2015-ci ildə bu göstərici 3% düşüb. Bütün şərait var ki,gələn ildən qaz idxalından imtina ediləcək”,-deyə Havrileç bildirib. Onun sözlərinə görə,Rumıniyanın illik qaz istehlakı həcmi 11 milyard kub metr təşkil edəcək.