logo

Obama və Putinin çıxışı neftin kəskin ucuzlaşmasına yol açdı

Views: 84

neft-bakuBu gün neftin qiymətləri dünya bazarlarında yenidən kəskin  ucuzlaşmağa başladı. London əmtəə birjasında (İCE) Bakı vaxtı ilə saat 22.35-ə olan məlumata görə, Brent markalı neftin 1 barelinin qiyməti 47,39 dollar təşkil edib. Neftin qiyməti  həmin zamana 2,49% ucuzlaşıb.

Neftin qiymətlərinin ucuzlaşmasına əgər günün birinci yarısında əsasən Çindən gələn neqativ xəbərlər təsir edirdisə (Çün sənaye şirkətlərinin səhmləri ucuzlaşmada davam edirdi), axşama doğru buna Birləşmiş Millətlər Təşkilatında gələn siyasi xəbərlər də əlavə olundu. Belə ki, Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası prezidentlərinin Nyu-Yorkda BMT tribunasından çıxışları ona dəlalət edirdi ki, Vaşinqton və Moskva arasında hər hansı  “yumşalmanı” yaxın perspektivdə gözləmək əbəsdir. Bu isə bazarlara neqativ təsir edən amildir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart