logo

“Neftçilər günü” ərəfəsində neftçilərə yeni mənzillər verilib

Views: 61

“Neftçilər günü” ərəfəsində, sentyabrın 18-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev və Şirkət rəhbərliyinin nümayəndələri Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev prospektində tikilmiş 2 yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak etmişlər.

ev1SOCAR prezidentinə məlumat verilmişdir ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə 204 mənzildən ibarətdir. Bina bütün kommunal xidmətlərlə təchiz edilmişdir. Ümumi sahəsi 14109,5 kvadrat metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8235,9 kvadrat metrdir. Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kvadrat metr, 2 bloklu binada isə 963,6 kvadrat metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd və 12 ədəd dördotaqlı mənzil vardır. Qeyd olunmuşdur ki, binaların eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılmış, inşaat işlərinə isə Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 2014-cü il yanvar ayından başlanılmışdır. Binalarda istilik sistemi mərkəzləşmiş qazanxana vasitəsi ilə həyata keçirilir. Ərazidə 2 ədəd 300 kubmetrlik tutuma malik hovuz tikilmişdir ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılmışdır. İnşaat işlərinin podradçısı isə “Tikinti – Quraşdırma ANKZ-2” Açıq Səhmdar Cəmiyyətidir. Binaların ətrafı abadlaşdırılmış, sakinlərin səmərəli istirahətinin təşkili üçün hər cür şərait yaradılmışdır.

ev2Sakinlər qarşısında çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən tərəqqi strategiyasının Azərbaycana möhtəşəm qələbələr bəxş etdiyini söyləmiş, qarşıdan gələn “Neftçilər günü” münasibəti ilə çoxminli neftçilər ordusunu, bütünlüklə Azərbaycan xalqını təbrik etmişdir. O, SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirmiş, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulamışdır.

ev3Daha sonra Rövnəq Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşaiyət edən şəxslərlə birlikdə mənzilləri gəzmiş, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olmuşdur. Neftçilərə order və açarları təqdim edən SOCAR prezidenti onlara yeni mənzillərində firavan həyat arzulamışdır. Yeni binanın sakinləri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart