Əlcəzairin baş naziri A.Sellalyanın sözlərinə görə, 2015-ci ilin nəticələrinə əsasən, ölkənin itkisi 33-35 milyard dollar təşkil edəcək ki, bu da neft ixracından asılı olan ölkə iqtisadiyyatına birbaşa təsir göstərəcək.
Bununla belə o, xatırladıb ki, 2016-cı ilin büdcəsi neft qiymətinin uzunmüddətli azalması nəzərə alınmaqla təsdiq edilib, ancaq bu, vəziyyətin sabitləşməsi üçün yetərli olmayıb.
2015-ci ilin yanvarında Əlcəzair höküməti neft qiymətlərinin düşməsi üzündən azalan gəlirləri kompensasiya etmək məqsədilə neft hasilatını artıracağını açıqlamışdı.
* Qeyd edək ki, karbohidrogen ixracı dövlət büdcəsinin gəlirlərinin 60% və ixrac mənfəətin 95% -ni təşkil edir.