logo

İtaliya şirkəti Cənubi Qafqaz boru kəmərinin qaynaq işlərini yoxlayacaq

Views: 52

rina-servisİtaliyanın “Rina Services” şirkəti “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəqli üçün inşa olunan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsi çərçivəsində qaynaq işlərini təftiş edəcək.

Bu barədə “Report”a şirkətdən məlumat verilib.

Qeyd olunub ki, boru kəmərinin tikintisini aparan “Saipem-AzFen” konsorsiumu “Rina Services” şirkətini yoxlama aparmaq üçün seçib.

Müqavilə 424 km Azərbaycanda və 63 km Gürcüstanda yoxlama üçün avadanlıqların quraşdırılmasını da əhatə edir və bu işlər 30 ay müddətdə aparılacaq.

Azərbaycan və Gürcüstanda işləyəcək şirkətin mütəxəssislərindən ibarət iki komanda boru kəmərinin qaynaq hissələrini vizual, rentgen, avtomatik və əllə ultrasəs yoxlamadan keçirəcək.

Qeyd edək ki, “Rina Services” 2014-cü ildə Bakıda, bu il isə Gürcüstanda ofis açıb. Şirkət dünyanın müxtəlif ölkələrində yoxlama-təftiş işləri həyata keçirir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart