Növbəti iki həftədə,İran höküməti beynəlxalq investorlar üçün yeni növ neft müqaviləsini – Iran Petroleum Contract (IPC) təsdiq edəcək. Bu barədə məlumatı İranın neft naziri Bijan Namder Zanqaneyə istinadən SHANA agentliyi yayıb.
Onun sözlərinə görə, neft müqavilələrinin yeni növü Tehran və Londonda keçriləcək konfranslarda xarici investorlara təqdim olunacaq.
IPC növlü neft və qaz müqavilələri xarici investorlara İran neft layihələrinin cəlbediciliyini artırmaq üçün xüsusi olaraq hazırlanıb.
Yeni müqavilələr İrana yeni texnologiyalar cəlb etməyi nəzərdə tutur. IPC tipli yeni müqavilələrin şərtlərinə əsasən,iranlı mütəxəssislər xarici mütəxəssilər ilə yanaşı layihələrin həyata keçirilməsində iştirak etməlidirlər.
Ölkənin hüququ məsələr üzrə vitse prezidenti Mehdi Hüseynin sözlərinə görə, bu müqavilələrin dəyəri $ 100 milyarddan artıq ola bilər.