logo

“Goldman Sachs” növbəti 15 ildə neftin qiymətlərinin aşağı səviyyədə saxlanacağını proqnozlaşdırır

Views: 47

goldman-sachs-gs-upDünya neft bazarlarında təkliflərin həddindən artıq çox olması növbəti 15 ildə neftin qiymətlərinin aşağı səviyyədə qalmasına səbəb olacaq. Bu barədə “Goldman Sachs Group Inc”in ekspertləri proqnoz veriblər.

“Goldman Sachs” bu ay verdiyi başqa bir proqnozda Brent və WTI markalı neftin bir barelinin qiymətinin 2015-2016-cı illərdə $20 dollara qədər azala biləcəyini proqnozlaşdırıb.

“Goldman Sachs”ın xammal sektoru üzrə baş analitiki Cefri Karrinin sözlərinə görə, bir barel neftin qiymətinin 20 dollara düşməsi ehtimalı 50%-dən az təşkil edir. Bu, oktyabr və ya mart aylarında baş verə bilər. Çünki bu aylarda neft emalı müəssisələri ənənəvi olaraq texniki xidmətə bağlanır”,- deyə o, “Bloomberg” agentliyinə müsahibəsində bildirib.

C.Karrinin fikirncə, neftin qiymətinin bu səviyyəyə düşməsi istehsalçıları dünyanın bəzi regionlarında hasilatı azaltmağa məcbur edəcək.

“Goldman Sachs”ın uzunmüddətli proqnozuna əsasən, bir barel neftin qiyməti $50 olacaq.

“Biz uzunmüddətli perspektiv haqqında danışanda neftin bir barelinin qiymətini $50 götürürük. Lakin dünyanın digər bazarlarında, o cümlədən də xammal bazarında baş verənləri nəzərə almaqla qiymətlərin azalması riski qalmaqdadır.

Dəmir filizi, mis və poladın qiymətinin azalması, eləcə də xammal istehsalçılarının valyutasının zəifləməsi neft şirkətlərinin xərclərini azaldıb”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, xammal bazarı 30 illik “investisiya fazasından” “istismar fazasına” keçir və şist nefti yataqları vacib hasilat mənbəyidir.

C.Karri qeyd edib ki, Federal Ehtiyatlar Sistemi “emerging markets”də xoşagəlməz anlaşılmazlıq yaradacaq ki, bu da neftə olan tələbata mənfi təsir göstərə bilər.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart