logo

Dövlət Neft Fondunun Avstraliya dollarına investisiyaları da dəyərdən düşür

Views: 65

 

neft fonduAzərbaycan Dövlət Neft Fondu(ARDNF) Avstraliya dollarına yatırdığı investisiyalar indiyədək 65,148 mln. ABŞ dolları həcmində və ya 31,7% dəyərdən düşüb.

“Report”un verdiyi xəbərə görə, 2015-ci ilin əvvəli ilə müqayisədə bu investisiyalar 14,18% və ya 23,174 mln. dollar, təkcə avqust ayında isə 3,96% və yaxud 5,782 mln. dollar məbləğində dəyərsizləşib.

Qeyd edək ki, valyuta ehtiyatlarının diversifikasiyası məqsədilə ARDNF 2012-ci ilin iyul ayında 200 mln. Avstraliya dolları alaraq Avstraliyanın dövlət istiqrazlarına investisiya yatırıb. Həmin il iyulun 4-nə 1 Avstraliya dollarının məzənnəsi 1,02688 ABŞ dollarına bərabər olub. Cari ilin yanvarın 1-də bu göstərici 1 AUD = 0,81701 USD, 1 sentyabr tarixinə isə 0,70114 USD təşkil edib.

Xatırladaq ki, sentyabrın 1-də Avstraliya dolları USD dollarına qarşı ucuzlaşaraq 6 illik minimuma düşüb. Belə ki, ən aşağı səviyyə 2008-ci ildə (0,63496 USD) qeydə alınıb.

Cari il iyulun 1-nə ARDNF-in investisiya portfelinin ümumi həcmi 35 726,2 mln. dollar təşkil edib.

Bunun 50,1%-i dollar, 34%-i avro, 5,1%-i funt sterlinq, 1,4%-i Çin yuanı, 1,1%-i Türkiyə lirəsi, 0,6%-i Avstraliya dolları, 1,8%-i Rusiya rublu, 1,2%-i Koreya vonu, 1,5%-i digər valyutalarda cəmlənib. Portfelin 3,2%-i və ya 1,4 mln. dolları isə qızıla yatırılıb.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart