Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest ABŞ və Qazaxıstan prezidentləri Barak Obama və Nursultan Nazarbayevin görüşünün yekunlarını şərh edərkən Qazaxıstanı “xüsusi əhəmiyyətli müttəfiq” adlandırıb. Bu haqda xəbəri Rusiyanın “RİA Novosti” agentliyi yayıb.
Onun sözlərinə görə, Qazaxıstan nüvə silahının yayılmaması məsələlərində beynəlxalq aləmdə xüsusi əhəmiyyət kəsb edən rola malikdir.
Bundan sonra Ernest iki ölkə prezidentlərinin görüşündən əlavə məlumatlar verməkdən yayınıb.