logo

Türkiyədə partladılmış Bakı-Tbilisi-Ərzurum boru kəmərində qaz olmayıb

Views: 21

газбору послеTürkiyənin “Botas” dövlət boru kəməri şirkəti Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin partladılmış hissəsinin bərpasına başlayıb. Bu barədə Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin məlumatına əsasən, boru kəmərində demək olar ki qaz olmayıb. Bu, avqustun 2-dən Azərbaycanın “Şahdəniz” yatağının platformasında aparılan profilaktik tədbirlərlə əlaqədar boru kəmərində qaz nəqlinin dayandırılması ilə izah olunur.

İlkin məlumatlara əsasən, partlayış naməlum səbəblərdən boru kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən hissəsində baş verib.

Mənbənin qeyd etdiyi kimi, qaz kəmərinin partladılmış hissəsi Türkiyə tərəfindən bərpa edilir və borunun təhlükəsizlik məsələləri Ankaranın səlahiyyətindədir. Bakıdan Gürcüstanla Türkiyə sərhədinə kimi texniki operator BP, kommersiya operatoru isə SOCAR şirkətidir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart