Qazaxıstanın ən böyük neft hasilatçısı “Tengizşevroyl” 2015-ci ilin yanvar-iyununda neft hasilatını keçən ilin analoji dövrü ilə müqayisədə 8.2% artıraraq 14.07 milyon ton neft hasil edib.
Məlumata görə, hesabat dövründə şirkət 677 min ton mayeləşmiş qaz (artım 7.9%),və 3.64 milyard kub metr (artım 10.3%) quru qaz satıb.
İlin birinci yarısında şirkətin Qazaxıstan büdcəsinə ödənişləri 32.5% azalaraq 5.2 milyard dollar təşkil edib.
2014-cü ildə “Tengizşevroyl” neft hasilatını 2013-cü il ilə müqayisədə 1.5% azaldaraq 26.7 milyon ton neft hasil etmişdi. Şirkət 1993-cü ilə Qazaxıstan höküməti və Chevron korporasiyası tərəfindən Tengiz yatağının işlənməsi məqsədi ilə yaradılıb. Hazırda TŞO şirkətində iştirak payı aşağıdakı qaydada bölünüb : Chevron – 50%,”KazMunayGaz” – 20%,ExxonMobil – 25%,LukaArko – 5%.