logo

SOCAR “Petkim”dəki payının 13%-ni ABŞ bankına satıb

Views: 36

yub

Amerikanın “Goldman Sachs Group” bankı tərəfindən təsis edilən “Goldman Sachs International” (GSI) şirkəti “SOCAR Turkiye Enerji” şirkətinin səhmdarı olub ( Azərbaycan Dövlət Neft Şirkətinin 100% Türkiyədəki törəməsi) . Bu barədə “SOCAR Turkiye” şirkətinin rəhbəri Kənan Yavuz “Facebook” səhifəsində məlumat verib.

GCI “SOCAR Turkiye Enerji”nin səhmlərinin 13%-nə $1,3 mlrd. ödəyib.

“Tərəflərin razılığına əsasən, “Goldman Sachs” yaxın 6 il ərzində “SOCAR Turkiye Enerji”də IPO vasitəsilə öz payını satmaq iqtidarındadır. Bu satış həmin dövrdə həyata keçirilməsə, “Goldman Sachs” “SOCAR Turkiye Enerji”yə səhmlərin 10%-ni geri sata bilər, qalan 3% isə “SOCAR”a məxsus “Sermaye Investments Limited” şirkətinə satıla bilər, – deyə K.Yavuz izah edib.

Onun sözlərinə görə, GSI ilə saziş “SOCAR Turkiye Enerji”yə “Petkim” kompleksinin özəlləşdirilməsi məqsədilə cəlb edilən kreditdən qalan $1 mlrd.-a yaxın vəsaiti vaxtından əvvəl ödəməyə imkan verəcək.

Həmçinin, K.Yavuz qeyd edib ki, “SOCAR Turkiye Enerji”nin investisiya portfeli $20 mlrd. təşkil edir.

“SOCAR Turkiye Enerji” 2006-cı ilin sonunda neft emalı, neft-kimya sahələrində investisiya layihələrinin reallaşdırılması və Türkiyədə təbii qazın satışı ilə m\şğul olamq məqsədilə yaradılıb.

Şirkət Türkiyənin “Petkim Petrokimya Holding” neft-kimya kompleksinin nəzarət səhmlərinin sahibidir. Bundan başqa, şirkət Türkiyədə neft emalı zavodu, konteyner terminalının tikintisi və ölkənin daxili bazarına qaz tədarükü ilə məşğuldur.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart