logo

SOCAR-ın payına göz tikən şirkətlər

Views: 21
Belçikanın “Fluxys”, Rumıniyanın “Transgaz” və İspaniyanın “Enagas” şirkətləri Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin 17 faizlik hissəsini almaq üçün Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fonduna (Hellenic Republic Asset Development Fund, HRADF) rəsmi müraciət edib.
avvBu məlumatı yunan mediası yayıb. Bu müraciətə cavab bəlli olmasa da, Yunanıstanın yeni hökuməti DESFA-nın 17 faizini üçüncü qrupa, yaxud qruplara satmaqda maraqlı olduğunu bildirib.
Qeyd edək ki, SOCAR 2013-cü ilin dekabrında DESFA-nın səhmlərinin 66 faizinin əldə edilməsi üzrə tenderin qalibi olub.  2013-cü il iyulun 31-də Yunanıstan Dövlət Aktivlərinin İnkişaf Fondu DESFA qazpaylayıcı şirkətinin 66 faizlik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. Bu sövdələşmə carı ilin yanvar ayında Avropa Komissiyasının Rəqabət üzrə direktorluğunda araşdırılmağa başlanıb və 4 gün sonra isə Yunanıstanda hökumət dəyişikliyi olub. Yeni hökumət anti-monopoliya məsələlərini əsas gətirərək SOCAR-a DESFA-nın yalnız 49 faizlik payını sata biləcəyini açıqlayıb.
SOCAR-ın investisiyalar və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov isə ötən ay jurnalistlərə açıqlamasında bildirib ki, iki il öncə SOCAR DESFA şirkətinin özəlləşdirilməsi ilə bağlı tenderdə qalib gəlməsinə baxmayaraq, Yunanıstan və Azərbaycan tərəfləri arasında yaranmış anlaşılmazlıq nəticəsində Avropa İttifaqı bu layihənin həyata keçirilməsinə razılıq vermir. Xatırladaq ki, Trans-Adriatik Boru Xətti (TAP) layihəsində “Fluxys” 19 faiz, “Enagás”  isə 16 faiz paya malikdir.
bizimyol.info
Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart