logo

İranın iri qaz yataqlarının işlənməsi 2025-ci ildən tez başlamayacaq

iran_oil_gas

İnterfaks-Azərbaycan” agentliyinin “Caspian Barrel” Neft Araşdırmaları Mərkəzi rəhbəri İlham Şabanla müsahibəsi

-Dünya Bankının (DB) məruzəsindəki proqnozlara əsasən, İranın üzərindən iqtisadi sanksiyalar tamamilə qaldırıldıqdan sonra, 2016-cı ildə dünyada neftin bir barelinin qiyməti $10 azalacaq. Bu Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?

-Ondan başlayaq ki, Azərbaycan dünyada neftin qiymətlətinin müəyyən edilməsi prosesində xüsusi rol oynamır. Ölkəmizin sutkada 1 mln. barel neft istehsal etdiyi vaxtlarda olduğu kimi, indi hasilatın 20% azaldığı zamanda da bu gerçəklik dəyişmir. Bizim dünyanın “qara qızıl” hasilatında payımız 0,8% təşkil edir, neft ixracı sahəsindəki payımız daha azdır.

Lakin, dünyada enerji daşıyıcılarının qiymətlərində baş verən dəyişikliklər ölkəmizin iqtisadiyyatına güclü təsir göstərir, dövlət büdcəsinin, Mərkəzi Bankın və Neft Fondunun ehtiyatlarının formalaşmasında özünü əks etdirir. Azərbaycanın müstəqillik əldə etdiyi dövr ərzində respublikamızın ixrac gəlirinin 90%-dən çoxu neft və neft məhsullarının hesabına formalaşır. Hələ ki, ixracın strukturunda qazın payı çox azdır, 2%-dən bir qədər çox. Buna görə, neft qiymətlərinində istənilən azalma ölkə iqtisadiyyatına mənfi təsir göstərir. Son zamanlar KİV-lərdə tezliklə dünya bazarlarına İran neftinin çıxacağı ilə bağlı xəbərlər yer alır. Mənim fikrimcə bu ilin ortasında neftin qiymətlərindəki azalma yalnız İran amili ilə bağlı deyil. ABŞ-ın neft ehtiyatları barədə xəbərlər ( təbii ki ehtiyatların artımı barədə”) dünya bazarında ajiotaj yaradır və bütün bunlar bir sutka ərzində Azərbaycanın neft gəlirlərinin milyon dollarlardan çox azalmasına səbəb ola bilər.

– DB-nin məruzəsində qeyd edilir ki, İranın dünya bazarına tamamilə qayıdışı gündə milyon barel neftin bazara daxil olmasını təmin edəcək. Həmçinin qeyd olunur ki, sanksiyaların ləğvi İrana özünün xarici ticarət dövriyyəsinin həcmini $17 mlrd.-a qədər artırmağa imkan verəcək. İranın əsas tərəfdaşları kimi Hindisrtan, Böyük Britaniya, Çin, Türkiyə, Səudiyyə Ərəbistanının adı çəkilir. İran iqtisadiyyatına xarici investisiyaların həcminin artımı DB tərəfindəın ildə $3 səviyyəsində proqnozlaşdırılır. Bütün bu göstəricilərə İran qısa vaxt ərzində nail olmaq niyyətindədir.

 Birincisi sanksiyaların ləğvi heç də bir günün işi deyil, bu kifayət qədər uzun bir prosesdir. Siyasi xaqdimlərin bəyanatlarına, politoloqların şərhlərinə və KİV-lərdə yayılan materiallara ehtiyatla yanaşmaq lazımdır. Siyasətçilərin öz maraqları var, siyasətçilər adətən ictimaiyyətin nəzərinə müəyyən dairələrin marağında olan fikirləri çatdırırlar, KİV-lər isə əksərən onlara təkrarlayır. Buna görə bəyanatlar gerçəklikdən köklü surətdə fərqlənə bilər, xüsusən də bu gələcəyə aiddirsə. Hazırda İranın ətrafında həqiqətən ajiotaj yaradılıb. Axı bu ölkə həqiqətən Qərb üçün bağlı olub. Həm də təkcə Qərbə qarşı deyil, İranın hər zaman əcnəbi investorlara qarşı xüsusi yanaşması olub. Tehran İslam İnqilabından sonra siyasi baxışlarına görə Qərbi öz bazarına buraxmadı, (sanksiyalar mövcud idi), Şərq bazarından da ( Cənubi Koreya, Çin, Hindistan, hətta Rusiyadan da –AES hesaba alınmazsa ) İrana texnologiyalar daxil olmadı. Yəni bu bazarın öz qaydaları var.

Əslində bu çox mürəkkəb porosesdir, Kommersantlar, sahibkarlıq subyektləri, digər biznes strukturların nümayəndələri, eləcə də onların lobbiləri uğura nail olmaq üçün bunun üzərində işləməlidirlər.Hesab edirəm ki DB-nin məruzəsində qeyd edilən proqnozların həyata keçməsi üçüb 5-10 il zaman lazımdır. 2015-ci il 14 ilul tarixli Vyana sazişində də İranın üzərindən sanksiyaların tamamilə qaldırılması üçün 10 ilin planlaşdırıldığı qeyd edilir. Yəni Qərb Tehranın hər addımını diqqətlə öyrəndikdən sonra növbəti addımlar haqqında qərar qəbul edəcək. İnvestisiyalar de eynilə bu qayda ilə qoyulacaq: Heç kim İranla birdən birə 30-50 milyardlıq müqavilə bağlamayacaq. Bunun üçün uzun zaman lazımdır. Tehran bunu gözəl bilir və KİV-lər vasitəsi ilə hər hansı kiçik layihə belə olsa danışıqlara başlamağa təhrik etmək istəyir.

– KİV-lərdə həmçinin İranla Azərbaycan arasında dünya bazarlarına birgə qaz tədarükü məsələsi üzrə danışıqların başlanması barədə məlumat yayıldı. Bildirildi ki, İranın Milli Qaz Şirkəti bu problemlə bağlı SOCAR şirkəti ilə ciddi danışıqlara başlayıb.

– Son zamanlar mətbuatda bununla bağlı xeyli yazılar dərc olunur. Bu məlumatlar əsasən xaricdən daxil olur. Yəni xarici mənbələrə istinad edilir. SOCAR nümayəndələrinə istinadən heş bir xəbər yazılmır.

Qeyd etmək istəyirəm ki, bir tərəfdən burda təəccüblü heç nə yoxdur. Çünki belə bir niyyət barədə əvvəllər də fikirlər səsləndirilmişdi. Bir neçə il əvvəl, Azərbaycan yeni qaz strukturlarına investisiya qoymağa hazırlaşanda biz bildirmişdik ki, Qərb istiqamətində infrastrukturun tikintisi Avropaya təkcə Azərbaycan qazının nəqli üçün nəzərdə tutulmur. Bu açıq infrastrukturdur və Azərbaycan gələcəkdə bu infrastrukturla qərbə üçüncü ölkələrin “mavi yanacağını” nəql etməyi nəzərdə tutur. Və bu gün biz azad qaz həçminə malik tərəfdaşlar axtarırıq ki, gələcəkdə onlarla əməkdaşlıq edək. Bu barədə 10 il qabaqcadan düşünmək lazımdır ki, qaz infrastrukturunun genişləndirilməsi mərhələsində biz artıq yaratdığımız infrastrukturla qaz ehtiyatılarını nəql edə biləcəyimiz tərəfdarlara sahib olaq.

Bir zamanlar Azərbaycan Bakı-Tbilisi- Ceyhan neft kəməri layihəsini həyata keçirib, 2010-cu ildən bu kəmərlə üçüncü ölkələrin- Türkmənistan, və Qazaxıstanın nefti nəql edilib. Hətta LUKOYL şirkətinə məxsus neftin bir partiyası da sınaq üçün nəql edildi. Bu neft Xəzər dənizinin Rusiya şelfində istehsal edilmişdi. Rəsmi Bakının mövqeyi belədir: 2020-ci ildən sonra “ Cənub Qaz Dəhlizi” layihəsini elə miqyasa gətirmək lazımdır ki, region ölkələri onun imklanlarından istifadə edərək inkişaf edə və sülh şəraitində yaşaya bilsinlər.

– Azərbaycan infrastrukturu ilə İran qazının Qərbə nəqli nə zaman olacaq?

 İran tərəfi bu gün bəyan edir ki, onlar 3 il sonra qaz hasilatının həcmini ildə 100-150 mlrd. kubmetr, 5-6 il sonra isə 300-320 mlrd. artıracaqlar. Mən bu proqnozlara şübhə ilə yanaşıram, bunlar daha çox siyasi bəyanatlara bənzəyir. Birincisi, qaz neft deyil ki, tankerlərə yükləyib arzu edənlərə azad bazarda satasan. Qazın hasilatı üçün əvvəlcə potensial alıcılarla razılıq əldə etmək lazımdır. “Şahdəniz” yatağının “Mərhələ-2” çərçivəsində işlənməsi layihəsində olduğu kimi. İkincisi, qazın nəqli üçün alıcı infrastruktur yaratmalıdrı. Qaz ehtiyatlarına görə dünyada ikinci yeri tutan İranın maksimal buraxılış qabiliyyəti 12 mlrd. kubmetrə qədər olan kiçik boru kəmərini nəzərə almasaq ixrac infrastrukturu yoxdur. İranın hətta maye qaz üçün də ixrac infrastrukturu yoxdur.İranın bütün qaz yataqları ölkənin cənubunda yerləşir. Ölkənin ən iri qaz yatağı isə Fars körfəzindəki “Cənubi Fars” yatağıdır.

Qərb ekspertlərinin hesablamalarına görə, İranın mayeləşdirilmiş qazının (LNG) ilk ixrac həcmini 5 il gözləmək lazımdır.

Qətərin maye qazının maya dəyərinin “Cənubi Fars” yatağında hasil olunan qazın maya dəyərindən ucuz olduğunu da əlavə etmək istəyirəm. Üstəlik, Qətərin Avropa da daxil olmaqla yaxşı infrastrukturu var. Buna görə İran tankerlərlə öz qazını Avropaya nəql edərkən dərhal böyük rəqiblə qarşılaşacaq. Bu rəqib üçün müəyyən müddətə qiymətləri azaltmaq probelem yaratmayacaq ki, bu da İranı oyundan çıxarmağa xidmət edəcək.

İran qazının Avropaya nəqlinə gəlincə, İran Türkiyə ilə indiki müqaviləsini yenidən gözdən keçirməlidir (ildə nəqlin həcmini 10 milyardan iki dəfə azaltmaq və qalan həcmi TANAP kəmərinə yönəltmək), ya da Türkiyə sərhədinə qədər yeni kəmər tikməlidir ki, buna da çox milyardlıq investisiyalar tələb olunur.

TANAP və TAP layihələrinin genişləndirilməsi 2023-cü ildən tez baş verməyəcək. Yəni “Cənub Qaz Dəhlizi” boru kəməri sistemi öz texniki işçi xarakterinə uyğun qaz qəbul etmək imkanına malik olmalıdır. O zamana qədər sistem “Şahdəniz” yatağından “Mərhələ-2” çərçivəsində hasil olunan qazı ötürəcək.

SOCAR rəhbərliyinin bəyanatına əsasən, “Cənub Qaz Dəhlizinin” genişləndirilməsinin növbəti mərhələsi 2026-cı ildə baş verəcək. O zaman TANAP kəmərinin illik burxılış qabiliyyəti 31 mlrd. kubmetrə, TAP kəmərinin buraxılış qabiliyyəti isə 20 mlrd. kubmetrə çatdırılacaq.

Bir çox enerji mərkəzlərinin hesablamalarına görə, 2030-cu ilə qədər Avropanın qaz bazarı sadəcə olaraq artmayacaq. Bundan irəli gələrək, belə nəticə çıxarmaq olar ki, İranın böyük qaz yataqlarının işlənməsi prosesi gələn onilliyin ikinci yarısından tez başlamayacaq.

 

Söhbət etdi Rasim Babayev

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart