logo

II rübdə Chevron-un mənfəəti 10 dəfə azalıb

Views: 106

Earns Chevron

Chevron şirkətinin mənfəəti ikinci rübdə kəskin azalıb – şirkət aşağı neft qiymətləri fonunda 2 milyard dollarlıq aktivlərin silinməsi və layihələrin kecikməsi ilə bağlı xərclərin artmasını qeydə alıb.

Ümumi xərclər qismən 2-ci rübdə $ 1,8 milyard məbləğində aktivlərin satışı ilə kompensasiya edilib.

İkinci rübdə şirkətin xalis mənfəəti 571 milyon dollara və ya bir səhmə 30 sentə qədər azalıb. Bir il əvvəl şirkətin mənfəəti 5,76 milyard dollar idi.

Şirkətin gəliri 30% azalaraq 40.36 milyard dollar təşkil edib.

Şirkətin kəşfiyyat və hasilat bölməsi 2.2 milyard dollar məbləğində ziyana uğrayıb.

Emal və marketinq bölməsinin gəliri isə 721 milyon dollardan 2.96 milyard dollara qədər artıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart