Amerikanın ən böyük və ən zəngin neft şirkəti olan Exxon Mobil Corp. mənfəəti ikinci rübdə 52% aşağı düşüb.
Keçən rübdə emal və marketinq bölməsinin gəliri 711 milyon dollardan 1.5 milyard dollara qədər artıb.
Kəşfiyyat və hasilat bölməsinin gəliri isə 74% azalaraq 2.03 milyard dollar təşkil edib. Şirkətin hasilatı 3.6% artaraq gündə 4 milyon barel neft ekvivalenti olub.
Ümumilikdə şirkətin xalis mənfəəti 4.19 milyard dollar və ya bir səhmə 1 dollar təşkil edib. Şirkətin gəliri 33% azalaraq 72.48 milyard dollar olub.
Şirkət kapital xərclərini 9.8 milyard dollara qədər azaldıb.
Exxon şirkəti elan edib ki,cari rübdə səhmlərin alınmasını azaldacaq. Şirkətin bu məqsədlə xərcləri 500 milyon dollaraq qədər azalacaq.