2009-cu ildən neft bazarı belə şok yaşamamışdı
Brent markalı neft uçuzaşmaqda davam edir və bu günkü hərraclarda artıq 44 dollardan aşağı qiymətə satılır.
Caspian Barrel bazar iştirakçılarına əsasən xəbər verir ki, Bakı vaxtı ilə 15:19-da London əmtəə birjasında (İCE) Brent markalı neftin bir bareli 4,05% azalaraq 43,62 dollara satılıb.
Nyu-York birjasında (NYMEX) isə Bakı vaxtı ilə saat 15:30-da Qərbi Texas markalı neftin 1 bareli 3,63% enərək 38,98 dollara satılıb.
Qeyd edək ki, bu 2009-cu ilin əvvəlindən bu yana qeydə alınan ən aşağı rəqəmdir. Onda, maliyyə böhranı zamanı neftin qiyməti 39 dollara qədər ucuzlaşmış, daha sonra isə yenidən yüksəlməyə başlamışdı.
Hazırda neft bazarlarına neqativ təsirləri Çin iqtisadiyyatının çökməsi və ABŞ-da neft ehtiyatların artması təsir edir.