logo

BP “Şahdəniz” qaz yatağında hasilat işlərini bərpa edib

Views: 80

Offshore-rig-countÖtən gün axşam BP şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən ən böyük qaz kondensat yatağı “Şahdəniz”də təbii qazın hasilatını bərpa edib. Bu barədə Trend-ə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı məlumat verib.

O bildirib ki, bu ilin avqust ayında platformada işlər profilaktik tədbirlərin keçirilməsi məqsədilə dayandırılmışdı: “Ötən gün “Şahdəniz” platformasında qaz hasilatını bərpa etdik.

Yatağın tam gücü ilə işlək vəziyyətə gətirilməsi tədricən həyata keçiriləcək. Qeyd edim ki, bütün proqram işləri uğurla başa çatdırılıb, profilaktik işlər isə planlaşdırılmış müddətdən tez başa çatıb. Sınaq prosesi də uğurla həyata keçirildikdən sonra hasilat bərpa edilib”.

 “Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), TPAO (19%), “Petronas” (15,5%), SOCAR (10%), “LUKoil” (10%), NICO (10%) və SGC Upstream (Azerbaijan – 6,7%) şirkətləridir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart