Yerli “Nacional” qəzeti analitiklərə istinadən yazır ki, Venesuela bu ilin ilk yarısında aşağı neft qiymətləri üzündən $13 milyardan $15 milyarda qədər vəsait itirib.
Keçən ilin birinci yarısında ölkə daxilində neftin qiyməti orta hesabla bir barel üçün $98 idisə ,2015-ci ilin birinci yarısında isə qiymət iki dəfə azlıb – $ 49,7 bir barel üçün.
“Milli neft səbətindən itən hər bir dollara görə,ölkə təxminən ildə $640 itirir”,- deyə iqtisadçı Luis Oliveros bildirib.