logo

TAP layihəsini tərk edəcək şirkətin adı məlum oldu

Views: 41

Trans Adriatik boru kəməri (TAP) səhmdarları arasında öz payını satmaq istəyən şirkət bəlli oldu. Caspian Barrel ANS TV-yə istinadən xəbər verir ki, bu Norveçin neft və qaz nəhəngi “Statoil” şirkətidir.

TAP_rgbBu məlumatı TV-yə eksklüziv müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev açıqlayıb. Onun sözlərinə görə, Norveç şirkətini belə bir addım atmağa onun “Şahdəniz” layihəsindəki payını hüquqi baxımdan tam satması vadar edib. “Onlar üçün artıq boruya vurulacaq özlərinin qaz resursu yoxdur və buna görə də paylarını satmaq qərarı veriblər və bu payı da almaq istəyən şirkət var”, deyə SOCAR prezidenti bildirib.

Ancaq Abdullayev qeyd edib ki, “Statoil”un payını bir şirkətin almasında maraqlı deyilik. Həmin payı almaq üçün bir-neçə şirkət maraq göstərir. “Yunanıstan şirkətləri də bu sırada var. Düzdür, hökumətin vəziyyəti ürəkaçan deyil, ancaq bu o demək deyil ki, şirkətlərin vəziyyəti də ona bənzərdir”, deyə  SOCAR prezidenti bildirib. Onun fikrincə, bu baxımdan bu layıhəyə maraq göstərən tərəfləri də nəzərdən qaçırmaq lazım deyil.

Xatırladaq ki, 2015-ci il mayın əvvəlində “Statoil” şirkəti “Şahdəniz” və Cənub-Qafqaz Boru kəməri layihələrindəki 25,5% payının tamamilə satılması (SOCAR, BP və Petronas arasında), həmçinin “Azerbaijan Gas Supply Company” (“Şahdəniz” layihəsi üzrə qazın satışı ilə məşğul olan şirkət) şirkətindəki payların müvafiq olaraq bölüşdürülməsi və operatorluğun SOCAR-a keçməsi prosesini başa çatdırdı və beləliklə, Azərbaycanın qaz layihələri ilə artıq heç bir bağlantısı qalmadı.

İyunun 4-də İtaliyanın Snam şirkətinin icraçı direktoru Karlo Malakarne Parisdə IV Ümumdünya Qaz konqresində çıxış edərkən bəyan etmişdi ki, TAP layihəsində 20% pay almaq niyyətindədirlər.

Bu həftənin əvvəlində isə İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində c-b Malakarne bəyan etmişdi ki, hazırkı mərhələdə TAP-ın 20%-lik payı 400 milyon dollara başa gələ bilər.

Caspian Barrel bir məsələni də oxucuların diqqətinə çatdırmaq istəyir ki, 2015-ci ilin fevralında Bakıya səfər edən Yunanıstanın energetika, ətraf mühit naziri Lafazanis TAP layihəsində pay umduqlarını hətta mətbuat vasitəsilə sızdırmağa məcal tapmışdı. Bundan sonra SOCAR-ın marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bəyan etmişdi ki, TAP layihəsinə ancaq şirkətlər səviyyəsində qoşulmaq olar, hökumətlər səviyyəsində yox. Şirkətlər isə kommersiya baxımından buna hazır olmalıdırlar, yəni vəsait ödəyib layihəyə daxil olmalı və layihəni öz payları çərçivəsində maliyyələşdirməlidirlər.

TAP layihəsi “Cənubi qaz dəhlizinin” tərkib hissəsidir. TAP layihəsinin səhmadarları hazırda aşağıdakı şirkətlərdir : BP (20%), SOCAR (20%), Statoil (20%), Fluxys (19%), Enagas (16%) və AXPO (5%).

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart