logo

SOCAR işçilərinin uşaqları üçün Almaniyada yay düşərgəsi təşkil edilib

Views: 67

ushaqlar

2013-cü il sentyabrın 19-da SOCAR və E.ON şirkətlərinin uzunmüddətli əməkdaşlığı üçün geniş imkanlar yaradan qaz satışı müqaviləsinin imzalanması ilə iki şirkət arasında təkcə istehsalat əlaqələri deyil, texnologiya və innovasiya, menecment təlimi, gənc mütəxəssislərin inkişafı, tədqiqat və korporativ sosial məsuliyyət sahələrində də münasibətlər genişlənmişdir.

Müqaviləyə əsasən, SOCAR və E.ON şirkəti əməkdaşlarının 12-13 yaşlı uşaqları üçün Azərbaycanın və Almaniyanın müxtəlif şəhərlərində yay düşərgələri də təşkil edilir.

SOCAR mətbuat xidmətinin yayadığı məlumata görə, 14-28 iyun tarixlərində SOCAR əməkdaşlarının müsabiqədən keçmiş övladları üçün “Almaniyanın dadı” (Taste of Germany) adlı növbəti yay düşərgəsi keçirilmişdir.

Yay düşərgəsinin birinci həftəsi Şimali Rayn Vestfaliya əyalətində, ikinci həftəsi isə Münhen şəhərində baş tutmuşdur. Şagirdlər Düsseldorf, Essen, Köln, Duizburq, Bonn və Hagen şəhərlərinə səyahət etmiş, bir sıra muzeylər, tarixi abidələr, yeni tikililər və əyləncə mərkəzləri ilə tanış olmuşlar. Məşhur Köln kilsəsi və “Düsseldorf Turm” teleqülləsi Azərbaycanlı məktəblilərin marağına səbəb olmuşdur. Şagirdlər E.ON şirkətinin Essen şəhərindəki ofisini ziyarət etmiş, görüş zamanı E.ON haqqında təqdimatla tanış olan proqram iştirakçıları sonda müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

Şagirdlər Frankfurt şəhərində “SOCAR-Almaniya” nümayəndəliyi tərəfindən yüksək şəkildə qarşılanmış, onlara şirkətin fəaliyyəti haqqında məlumat verilmişdir. Günün sonunda şagirdlər “SOCAR-Almaniya” nümayəndəliyin əməkdaşları ilə birlikdə şam etmişlər.

Proqramın ikinci həftəsi Frankfurtdan Münhenə yola düşən şagirdlər Bavariya İdman Məktəbinin yataqxanasına yerləşmişlər. Münhendə bir həftə boyunca şagirdlər Bavariya əyalətinin bir çox gəzməli-görməli yerlərinə səyahət edərək maraqlı məlumatlar əldə etmişlər. Almaniya ilə Avstriya sərhəddində yerləşən “Neuschwanstein” qalası, Allianz Arena stadionu və BMW muzeyinə səyahət şagirdlərin marağına səbəb olmuş, onlar bu yerləri ziyarət etməkdən çox böyük zövq almışlar.

Proqramın sonuncu günü E.ON nümayəndələrinin iştirakı ilə uşaqlar arasında maraqlı intellektual oyunlar və bilik yarışı keçirilmişdir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart