İranla “altılıq” ölkələri arasında əldə olunan razılaşmadan sonra Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ölkə ilə əməkdaşlığı daha da genişləndirəcək. Belə bir açıqlama ilə ANS TV-yə müsahibəsində SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib.
Onun sözlərinə görə, İrana işgüzar səfəri çərçivəsində bu ölkənin neft naziri Bijən Namidar Zəncani ilə görüşüb. Görüş zamanı iki ölkə arasında iş birliyi haqqında geniş müzakirələr aparılıb.
Abdullayev müsahibəsində onu da qeyd edib ki, İranla layihələrdə aktiv iştiraka səbəb yüksək səviyyədə yaranan dostluq münasibətləridir.
SOCAR prezidenti qeyd edib ki, şirkət İranda həm investisiya, həm də operator tipli layihələrdə iştirakını nəzərdə tutur.