logo

“Qazprom” “Türk axının”ın tikintisi üçün “Saipem” ilə müqaviləsini ləğv etdi

Views: 22

saipem_700-2

İtaliya  şirkəti boş dayanmalar üçün $300 milyon əldə edə bilər

“Qazprom” şirkətinin 100% törəmə müəssəsi olan “South Stream Transport B.V.” “Saipem S.p.A” şirkətini məlumatlandırıb ki, dəniz hissəsinin birinci xəttinin tikintisi üçün müqavilə ləğv edir.

“South Stream” şirkətinin məlumatında deyilir ki, qərar bir çox cari və kommersiya məsələləri üzrə razılığın əldə edilməməsi ilə bağlıdır.

Layihə üzrə digər işlərin davam etdiyi bildirilir. Həmçinin qeyd olunur ki, “South Stream Transport B.V.” yaxın zamanlarda “Türk axın”ın ilk xəttinin çəkilməsi üçün potensial podratçılarla danışıqlara başlamaq niyyətindədir.

Türkiyə ilə hökümətlərarası sazişin imzalanmaması üzündən tikintiyə başlamaq qeyri-mümkün idi.

Bu şəraitdə “Qazprom” bütün məsuliyyəti İtaliyalı podratçının üzərinə qoyub. “Qazprom” şirkəti “Cənub Axını” layihəsinin dayandırılmasından sonra gəmilərin boş dayanmaları üçün Saipem şirkətinə $300 milyon təzminat ödəməlidir. Bazar iştriakçıları istisna etmirlər ki,”Qazprom” dayanmalara görə ödənişin məbləğini azaltmağa çalışacaq.

Mayın 8-də Saipem “Türk axını” kəmərinin dəniz hissəsinin tikintisi üzrə “South Stream Transport” ilə müqavilənin yenilədiyini elan etmişdi.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart