logo

Neftin qiyməti iyulda 9,5% azalıb

Views: 32

=&0=57490&1=42Dünya birjalarında “qara qızılın” qiymətləri yeni iş həftəsi başlayandan enməkdə davam edib. Belə ki, buna yenə İran məsələsi səbəb olub.

Dünən BMT Təhlükəsizlik Şurası İranla beynəlxalq altılıqlar (ABŞ, Rusiya, Böyük Britaniya, Çin, Fransa və Almaniya) arasında bu ölkənin nüvə proqramına dair əldə edilmiş razılaşmanı təsdiq edib.   Bundan sonra London əmtəə birkasında İCE Brent markalı neftin 1 bareli 0,7% azalaraq 56,65 dollara düşüb, Nyu-York birjasında isə WTI markalı neftin 1 bareli 50,15 dollar təşkil edib.

Caspian Barrel oxucuların diqqətinə çatdırır ki, iyulun ilk 20 günündə neftin qiyməti 9,5% və ya təqribən 6 dollar azalıb. Ümumiyyətlə isə, cari ildə neftin ən maxsimal qiyməti aprel ayının sonlarında 68 dollar səviyyəsində qeydə alınmışdı.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart