logo

IX Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində

Views: 16

ixSOCAR-ın və ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin birgə təşkil etdiyi IX Bakı Yay Enerji Məktəbində 17 ölkədən 47 enerji mütəxəssisinin təlim və istirahəti davam edir.

Məktəbin iştirakçıları iki həftə ərzində enerji sahəsinin siyasi və iqtisadi əsasları, hüquqi bazası, o cümlədən enerji və xarici siyasət, enerji və ətraf mühit kimi mövzularda mühazirələr dinləmiş, interaktiv məşğələlərdən yararlanmışlar.

Tanınmış alim, mütəxəssis və siyasətçilər, eləcə də SOCAR rəhbərliyinin təmsilçiləri dinləyicilərə enerji və ətraf mühit məsələlərini şərh etmişlər. Yay Enerji Məktəbinin növbəti qonağı SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov olmuşdur. O, dinləyicilər qarşısında “Ətraf mühitin qlobal dəyişikliyində rəqabətin saxlanılması: SOCAR strategiyasının hazırlanması və qiymətləndirilməsi” mövzusunda təqdimatla çıxış etmişdir. Təqdimat maraqla qarşılanmış, iştirakçılar onları maraqlandıran suallara ətraflı cavablar almışlar.

IX Bakı Yay Enerji Məktəbinin iştirakçıları Bakı Ali Neft Məktəbində də olmuşlar. BANM-nin rektoru Elmar Qasımov qonaqlara məktəbin tarixi, fəaliyyət istiqamətləri və əldə etdiyi uğurlar haqqında məlumat vermişdir. Azərbaycanda yüksək ixtisaslı, ingilisdilli, peşəkar kadrların hazırlanmasının BANM-in əsas hədəfi olduğunu vurğulayan rektor Azərbaycanın neft və qaz hasilatında tarixi rolunu qeyd etmişdir.

ix2 E.Qasımov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu enerji strategiyası nəticəsində Xəzərin Azərbaycan sektorunda yeni yataqların kəşf edilməsi, region ölkələrinin enerji təhlükəsizliyində Azərbaycanın rolu haqqında məlumat vermişdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart