logo

İlin I yarısında “Schlumberger” şirkətinin mənfəəti 34% azalıb

Views: 56

SchlumbergerNeft və qaz hasilatı sahəsində dünyanın ən böyük servis şirkəti “Schlumberger” şirkətinin xalis mənfəəti ilin birinci yarısında 2014-cü ilin analoji dövrü ilə müqayisədə 34% azalaraq 2,099 milyard dollar təşkil edib təşkil edib.

Səhm üzrə mənfəət 2014-cü ilin yanvar-iyulundakı 2.42 dollardan 1.64 dollara qədər azalıb. 2015-ci ilin 6 ayı ərzində şirkətin gəliri 17% azalaraq 19,258 milyard təşkil edib.

İkinci rübün nəticələrinə görə,şirkətin xalis mənfəəti 29,5% azalıb – 1,124 mln milyard dollara qədər. Səhm üzrə mənfəət ötən ilin aprel-iyun aylarındakı $ 1,21 qarşı 88 sent olub. Şirkətin rüblük gəliri 9.01 milyard dollar təşkil edib ki,bu da keçən ilin euni dövrünün göstəricisindən 25% azdır.

“Schlumberger” – neft və qaz sahəsində dünyanın ən böyük xidmət şirkəti olub,yataqların axtarışı və kəşfiyyatı,quyularda hasilatın intensivləşdirilməsi və ixtisaslaşdırılmış proqram məhsullarını təklif edir. Schlumberger 80-dən çox ölkəsində fəaliyyət göstərir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart