Qazaxıstanın üçüncü ən böyük neft şirkəti olan “Kazmunaygaz” Kəşfiyyat Hasilat” (KMG KH) ilin birinci yarısında neft hasilatını 0.3% artırıb.
KMG KH bildirib ki, əsas sahələrdə neft hasilatı keçən ilin analoji dövrünün 6.106 milyon tonuna qarşı 6.122 milyon ton neft təşkil edib.
4% hasilat artımı şirkətin əsas neft sahəsi olan – “Ozenmunayqaz”da qeydə alınıb. Neft hasilatı 2,722 milyon ton təşkil edib. KMG KH şirkətinin ikinci ən böyük aktivi “Embamunaqaz” isə neft hasilatını 1.385 milyon tona qədər azaldıb.
2014-cü ildə KMG KH neft hasilatını əvvəlki ilə nisbətdə azaldıb – 12,328 milyon tona qədər.