2015-ci ilin birinci yarısının nəticələrinə görə, Amerikanın Baker Huges neft servis şirkəti 2014-cü ilin eyni dövrünün 681 milyon mənfəətinə qarşı 777 milyon zərər qeydə alıb.
Gəlir 26.6% azalaraq – 8,562 milyard dollar təşkil edib.Səhmə düşən zərər 1.77 dollar olub.
Ikinci rübdə şirkətin xalis zərəri bir il əvvəlki 353 milyon dollar mənfəətə qarşı 188 milyon təşkil edib. 2015-ci ilin aprel-iyununda şirkətin gəliri 33% azalaraq – 3.968 milyar dollar olub. Səhm üzrə azaldılmış zərər bir il əvvəlki 80 sentə qarşı 43 sent təşkil edib.
Baker Hughes – dünyanın üçüncü ən böyük neft və qaz servis şirkətidir. Şirkətinin xidmətləri siyahısına qazma, ehtiyatların qiymətləndirilməsi və yataqların inkişafı daxildir. Şirkət 90-dan çox ölkədə fəaliyyət göstərir. Şirkətin mənzil-qərargahı Hyuston şəhərində yerləşir.