Halliburton neft servis şirkətinin (ABŞ) mənfəəti xərclərin azaldılması ilə ikinci rübdə proqnozları ötüb.
Şirkət səhmə 38 sent qazanıb. Şirkətin gəliri 26.5% azalaraq $5,92 milyard təşkil edib. Bununla belə Şimali Amerikada şirkətin gəliri 38.5% azalıb.
Hərracların əvvəlində şirkətin səhmləri 3% bahalaşıb. Ötən il ərzində şirkətin dəyəri 44% azalıb.
Xatırladaq ki, Halliburton şirkəti ötən ilin sonunda Amerikanın digər neft-qaz servis şirkəti Baker Huges tərəfindən satın alınıb. Birləşmə bu ilin sonlarında başa çatmalıdır.