logo

Dünya bazarında neft aprelin əvəvlindəki səviyyəyə qayıtdı

Views: 61

ABŞ: neft qiymətlərinin aşağı düşmə prosesi 3 il və daha çox davamlı şəkildə müşahidə edilə bilər

qoyma_axdi getdiŞimali Amerika bazarında “qara qızılın” qiyməti həftə sonu kəskin ucuzlaşıb. Nyu-York birjasında (NYMEX) cümə günü hərraclar yekunlaşarkən 1 barel Qərbi Texas markalı neftin (WTI) sentyabr ayının əvvəllərində satış qiyməti 48,14 dollara qədər ucuzlaşıb. London birkasında (İCE) isə Brent markalı neftin 1 barelinin qiyməti 54,62 dollar təşkil edib.

Qeyd edək ki, Amerika bazarında WTI markalı neftin qiyməti son dəfə 50 dollarlıq psixoloji hədədn aşağı qiymətə cari ilin aprelin 6-da satılmışdı.

Birja analitikləri hesab edirlər ki, hərraclara neftin qiymətinin kəskin ucuzlaşmasına yenə də Amerika amili təsir edib. Belə ki, ötən həftə sonu 2 məlumat neftin qiymətinə neqativ təsir edib:

  • əvvəla, ABŞ Energetika nazirliyinin enerji İdarəsi ölkənin neft ehtiyatlarına dair növbəti hesabatını açıqladı. Ancaq çoxlarının gözlərdiyi kimi neft ehtiyatları azalmaq əvəzinə 2,5 milyon barel artdı və 463,9 milyon barelə çatdı. Bu çox böyük bir ehtiyat id ki, sonrakı iki gün dalbadal neft qiymətlərinin aşağı düşməsi ilə nəticələndi;
  • digər məlumat isə Baker Huges neft servis nəhənginin ölkə fəaliyyətdə olan qazma qurğularının sayı ilə bağlı həftəlik hesabatını dərc etməsi idi: onların sayı 6 ədədə azalaraq 857-yə düşmüşdü.

Bazarda neftin təklifini tələbi üstələyəcəyini nəzərə alaraq (İran faktoru da diqqətdə saxlanılmaqla) Morqan Stenley investisiya bankının təhlilçiləri belə bir rəy irəli sürüblər ki, 2015-ci ilin sonlarına qədər “qara qızılın” qiymətlərinin aşağı düşməsi son 45 il ərzində yaşanan ən yüksək templi hadisə kimi yadda qala bilər. Belə ki, neft qiymətlərinin aşağı düşmə prosesi 3 il və daha çox davamlı şəkildə müşahidə edilə bilər. İndiki prosesi onlar 1986-cı ildəki qəfil düşmə prosesindən daha ciddi qiymətləndirirlər.

Bu baxımdan neft ixracından asılı olan ölkələrin iqtisidaiyyatı sınaq qarşısında olacaq: daha çevik hərəkət edən hökumətlər neftin aşağı qiymətləri fonunda böhrandan çıxa biləcəklər, neftin qiymət artımını gözləyən hökumətlərın aqibəti isə heç də ürəkaçan olmayacaq. Çünki neft sənayesi elə bir mürəkkəb prosesdir ki, orada əvvəldən itirilmiş mövqeləri qaytarmaq üçün də müəyyən zamana ehtiyac olur, həmin zamanı əldə etmək üçün də müəyyə xərcləmələrsiz keçinmək olmur, o vəsaitləri əldə etmək üçün isə hökmən artıq yeni dövrün qaydaları ilə kiminləsə nəyisə bölüşmək və ya borclaşçmaq kimi problemləri həll etmək gündəmə gəlir…

Caspian Barrel

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart