logo

Dövlət Gömrük Komitəsi Azərbaycan neftinin ixrac qiymətinə aydınlıq gətirir

Views: 63

vintil-SOCARAzərbaycan 2015-ci ilin birinci yarısında 16 mln. 634 min 793,06 ton neft ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 2,3% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Sayğacların göstəricilərinə əsasən, cari ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 13 mln. 425 min 884,54 ton (həmçinin “Şahdəniz” yatağından 1 mln. 103 min 617,92 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 2 mln. 197 min 294,5 ton, Bakı-Novorossiysk neft kəməri ilə 594,071 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 417 min 543,02 ton neft daşınıb.

Komitənin məlumatına görə, 2015-ci ilin yanvar-iyun aylarında ixrac edilmiş $4 mlrd. 779 mln. 579,85 min məbləğində neftin bəyan edilmiş həcmi 11 mln. 269 min 151,09 ton təşkil edib. Caspian Barrel bu məlumatlara görə bildirir ki, altı ayın orta ixrac qiyməti 1 ton üçün  $242,13 və ya 1 barel üçün $57,31 təşkil edib.

Cari ilin yanvar-iyun aylarında Azərbaycandan $425 mln. 531,9 min məbləğində 1 mln. 179 min 424,63 ton neft məhsulu ixrac olunub.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart