logo

Azərbaycan I yarımillikdə qaz ixracını 7% artırıb

Views: 65

добычу-газаAzərbaycan 2015-ci ilin birinci yarısında 4 mlrd. 547 mln. 89,31 min kubmetr qaz ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 6,8% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin saytında məlumat verilir.

Bununla yanaşı, hesabat dövründə gömrük bəyannamələri üzrə rəsmiləşdirilmiş $143 mln. 883,9 min məbləğində qaz ixracının həcmi 895 mln. 927,62 min kubmetr təşkil edib. Bu isə o deməkdir ki, ilin əvvəlindən 1000 kub metr Azərbaycan qazının orta ixrac qiyməti $160,60 təşkil edib.

Əgər nəzərə alsaq ki, “Şah-dəniz” yatağından hasil edilən qaz ixrac edilərkən gömrük bəyannamələri üzrə rəsmiləşdirilmir və bu faktı da nəzərdə tutsaq ki, ötən ilin yayaından SOCAR Rusiyaya qaz ixracını həyata keçirmir, onda məluma olar ki, gömrük bəyannamələri üzrə rəsmiləşdirilən qaz həcmlərinə yalnız Gürcüstana edilən ixrac və Naxçıvana swap-qaz göndərmələri zamanı İrana verilən qaz həcmlərindən ibarətdir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart