logo

Qərb şirkətləri İran ilə danışıqlar apardıqlarını etiraf ediblər

Views: 29

shell-iran“Financial Times” qəzeti yazır ki, Eni və Shell şirkətlərinin başçıları Tehranda İran rəsmiləri ilə danışıqlar aparıblar.

“Shell” şirkəti rəsmisi bildirib ki, şirkət rəsmiləri və İran məmurları İran milli neft şirkətinin borcunu müzakirə ediblər.

May və iyunda keçrilən danışıqlar qərb şirkətlərinin İranın enerji sektoruna artan maraqlarının göstəricisidir.

“Eni” şirkətinin prezidenti Klaudio Deskalçi mayda Tehranda İranın neft naziri Bidjan Zanqenxan ilə danışıqlar aparmışdı. Danışıqların mövzusu İranın neft və qaz sənayesinə sərmayələr imkanı idi.

Məlumatlı mənbələrinə görə, İran xarici şirkətlərə əvvəlki müqavilələrə nisbətən daha cəlbedici layihələr və birgə müəssələrdə tərəfdaşlıq təklif edə bilər. “Energy Pioners” konsaltinq şirkətinin məlumatına görə, müqavilələrin müddəti 30 ilə qədər artırıla bilər.

İran neft və qaz ehtiyatlarına görə dünyanın üçüncü ölkəsidir. Hal-hazırda ölkə sutkada təxminən 2,7 milyon barel neft istehsal edir. “Wood Mackenzie” konsaltinq firmasının qənaətinə görə, Tehran 2017-ci ilin sonuna qədər neft hasilatını gündə 600 min barrel artıra bilər. İran rəsmiləri isə bu rəqəmin milyon bareldən də çox olacağı qənaətindədirlər.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart