logo

Ləvğ edilmiş “Azərneftyağ” NEZ-in qurğuları satışa çıxarılacaq

Views: 129

oil_plant_2SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) yeni bitum qurğusu tikməyi planlaşdırır. Bu barədə dünən jurnalistlərə şirkətin prezidenti Rövnəq Abdullayev məlumat verib.

“Azərneftyağ” NEZ-də mövcud olan bitum qurğusunun gücü ildə 250 min ton təşkil edir. Lakin hazırda həmin zavodun köçürülməsi üzrə iş gedir. Bununla əlaqədar olaraq illik gücü 400 min ton təşkil edən bitum zavodunun tikiləcəyi NEZ-də yenidənqurma işləri başlayıb. Bu, Azərbaycanda bituma olan tələbatı tam şəkildə ödəməyə imkan verəcək”,- deyə o, “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualını cavablandırıb.

SOCAR prezidenti qeyd edib ki, istifadə olunmuş qurğular satılacaq.

“Azərneftyağ” zavodu söküldükdən sonra mövcud bitum qurğusu və neftin ilkin emalı üçün istifadə olunan bir sıra qurğular satışa çıxarılacaq”,- deyə o bildirib.

R.Abdullayev çərşənbə günü Bakıda “Caspian Oil&Gas” konfransında çıxış edərək bildirib ki, NEZ-də yenidənqurma və modernləşdirmə işləri 2015-2018-ci illər ərzində aparılacaq.

“İlkin mərhələdə yeni bitum qurğusunun, ildə 3 mln. ton istehsal gücünə malik dizel yanacağı qurğusunun, eləcə də katalitik krekinq və ELOU-AVT-nin tikintisi planlaşdırılır”, – deyə o bildirib.

Hazırda Heydər Əliyev adına NEZ Azərbaycanda fəaliyyət göstərən yeganə neft emalı zavodudur. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart