logo

İran büdcəsinin gəlir hissəsində neft beşdə bir hissəni tutur

Views: 53

neft22İranın iqtisadiyyat və maliyyə nazirinin müavini,vergi təşkilatının rəhbəri Əli Əsgəri cari 1394-ci il üçün  (21.03.15 – 20.3.16) dövlət büdcəsinə vergi daxilolmalarının artdığını və neft gəlirlərinin büdcənin beşdə bir hissəsini tutur.

Əli Əsgəri qeyd edib ki,büdcə qanununda cari il üçün vergilərdən $22,7 milyard,gömrük rüsümlarından $3,9 milyard,ümumilikdə isə vergi və gömrük rüsümlarından daxilolmaların ümumi həcmi $26,6 milyard təşkil edəcək. Eyni zamandan neft gəlirləri $16 milyard səviyyəsində gözlənilir.

Vergi təşkilatın rəhbəri xatırladıb ki, bir neçə il əvvəl, büdcənin gəlir hissəsində neftin payı  vergi daxilolmalarını iki dəfə üstələyirdi. Əli Əsgəri qeyd edib ki,büdcəyə vergi daxilolmalarından başqa,dövlət şirkətlərinin satışından əldə edilən gəlirlər hesabına artır. Bu da təxminən $60,6 milyard təşkil edir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart