logo

Azərbaycanda neft hasilatı IV rübdə gündə 60 min barel azalacaq

Views: 65
In quarter 4, 2015 oil production in Azerbaijan to drop by 60,000 barrels a day
In quarter 4, 2015 oil production in Azerbaijan to drop by 60,000 barrels a day

OPEK-in proqnozlarına görə, Azərbaycanda 2015-ci ildə gündə 820 min barel neft hasil ediləcək. Ötən illə müqayisədə neft hasilatı sutkada 30 min barel azalacaq.

Hesabata görə, Azərbaycanda apreldə neft hasilatı 860 min barel təşkil edib və keçən ilin analoji dövrü ilə müqayisədə 20 min barel azalıb.

2015-ci ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda neft hasilatı sutkada 661 min  barel təşkil edib. BP şirkəti mayda gündə 150 min barel neft hasil edən “Qərbi Azəri” platformasında hasilatı 3 həftəliyə dayandırıb. Beləliklə, OPEK gözləyir ki, iyunda neft hasilatı 50 min barel azalacaq.

OPEK-in məlumatına görə, bu ilin I rübündə Azərbaycanda neft hasilatı sutkada 850 min barel təşkil edib.

İlin II rübündə OPEK ölkədə neft hasilatını gündə 870 min barel, III rübdə 860 min barel, IV rübdə 790 min səviyyəsində gözləyir.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart