2015-ci ildə “Azəri-Çıraq-Günəşli” dəniz yataqlarında 13,8 mlrd. kubmetr səmt qazı hasil edilməsi proqnozlaşdırılır. Bu barədə SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə
vitse-prezidenti Rəhman Qurbanov “Caspian Oil&Gas2015” konfransında çıxışında bildirib.
Onun sözlərinə görə, konsorsium hasil edilmiş səmt qazının 9,2 mlrd. kubmetrini neft quyularında təzyiqi saxlamaq üçün laylara vuracaq.Yerdə qalan 3,1 mlrd. kubmetr qaz isə Azərbaycan tərəfinə əvəzsiz olaraq Səngəçal terminalında veriləcək.
Qurbanov onu da əlavə edib ki, 2014-cü ilin nticələrinə görə, AÇG blokundan 12,5 mlrd. kubmetr səmt qazı hasil edilmişdi.
Xatırladaq ki, “BP-Azerbaijan” şirkətinin açıqlamasına görə, ötən il Azərbaycan tərəfinə şirkət əvəzsiz olaraq 2,76 mlrd kub metr qaz verilmişdi. Beləliklə, cari ildə proqnoz göstəricilərinə əsasən, AÇG-dən SOCAR-a verilən səmt qazının həcmləri ötən illə müqayisədə 12,3% armalıdır.