logo

2015-ci ildə AÇG blokunda neft hasilatı 700-800 min ton azalacaq

Views: 142

Central Azeri Patform, Caspian Sea, Photo: Stuart Conway/ BP2015-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) dəniz blokundan neft hasilatı 30,3 mln. ton səviyyəsində proqnozlaşdırılır. Bu barədə SOCAR-ın neft və qazın hasilatı və nəqli üzrə

vitse-prezidenti Rəhman Qurbanov dünən “Caspian Oil&Gas2015” konfransında çıxışında bildirib.

Onun sözlərinə görə, 2014-cü ildə AÇG blokundan 31,4 mln. ton neft hasil edilib. Bu baxımdan 2015-ci ildə hasilatın həcmi 3,5% azalacaq.

Ancaq xatırladaq ki, AÇG-nin operatoru olan “BP-Azerbaijan” şirkətinin rəsmi açıqlamasına görə, ötən il “Azəri-Çıraq-Günəşli” yataqlarından 31,5 milyon ton neft hasil olunmuşdu ki, bu da 2013-cü illə müqayisədə 700 min ton az idi.

            Qeyd edək ki, AÇG-də hasilatın pik həddi 2010-cu ildə qeydə alınmışdı. O zaman konsorsium 40,2 milyon ton neft hasil etmişdi. Faktiki olaraq 5 il ərzində Azərbaycanın ən böyük neft yataqları blokunda hasilat səviyyəsi 10 milyon ton və ya 25% azalmış olacaq.

Caspian Barrel

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart