logo

Türkmənistan İtaliya ilə enerji təhlükəsizliyini müzakirə edir

Views: 121

italya-basbakani-2014

Enerji təhlükəsizliyi məsələləri  Türkmənistan prezidenti Qurbanqulu Berdimuhamedovun İtaliyaya səfəri zamanı müzakirə olunub. Bu Türkmənistan hökumətinin məlumatında deyilir.

Rəsmi Aşqabad fəal surətdə xarici şirkətləri,o cümlədən Avropa firmalarını Xəzərin türkmən sektorunda karbohidrogen yataqlarının işlənməsinə dəvət edir. 2014-cü ilin noyabrında İtaliyanın Eni şirkəti ehtiyatları 500 milyon ton neft və 630 milyard kub metr güman edilən 19 və 20 blokların kəşfiyyatına  maraq göstərirdi.

Bundan əlavə Eni   Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində Türkmənistanda fəaliyyət müddətini daha 5 il artırıb. Eni  şirkətinin fəaliyyəti 2008-ci ildən başlayaraq Türkmənistanın Balkan vilayətində min kvadrat kilometr müqavilə ərazisini əhatə edir.

 

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart