logo

TAP-ın ilk 10 mlrd kub metri AB-nin III Enerji Paketi qaydalarından azad edilib

Views: 30

TAP_and_IAPTrans Adriatik boru kəmərinin keçəcəyi ölkələr – Yunanıstan, İtaliya və Albaniya birgə bəyanat ilə çıxış edərək, layihəni AB-nin III Enerji paketinin bəzi qaydalarından azad ediblər. Bu barədə TAP şirkətinin məlumatında deyilir.

Birgə bəyanat Avropa Komissiyası tərəfindən belə bir qərarın qəbul edilməsindən sonra verilib.

TAP  Aİ-nin Üçüncü Enerji Paketi qaydalarından 2013-cü ildə azad edilib. Belə ki, layihə üçüncü şəxslərin kəmərin ilkin 10 milyard kub metr gücünə daxil olması qaydasından azad edilib.

TAP layihəsi “Şahdəniz-2” çərçivəsində hasil ediləcək qazın Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin ümumi uzunluğu 870 kilometr təşkil edir.

Boru kəmərinin tikintisi 2016-ci ildə gözlənilir. TAP-la ilk qazın qəbulu 2020-ci ilə planlaşdırılıb.

Comments: 0

Your email address will not be published. Required fields are marked with *

0

Your Cart